Türkiyədə yaşayan azərbaycanlı alim COVID-19-a qarşı peyvənd hazırlayıb. ONN media xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov yeni ixtirasını təqdim edib. Alimin rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilərdən hazırlanan iki peyvənd tədqiqatı heyvanlar üzərində uğurlu nəticələr verib və insanlar üzərində sınaqdan keçirilməyə hazırdır. Tərlan Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı peyvənd işlərinə başlayıb. "İstehsal etdiyimiz vaksin nümunələrinin bütün mutasiyalara qarşı təhlükəsiz və effektiv olacağına inanırıq. Artıq COVID-19 peyvənd nümunələrini insanlar üzərində sınaqdan keçirə bilərik. İstehsal və saflaşdırma effektivliyi anticisimlərin ticarəti üçün kifayət qədər yüksəkdir,” - deyə alim bildirib. T.Məmmədov araşdırmanı Türkiyə Peyvənd Elmi Komitəsinə hesabat şəklində təqdim etdiklərini və yaxın zamanda Səhiyyə Nazirliyinə göndərəcəklərini əlavə edib. Alimin yeni ixtirası insan qanının laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan Hemofiliya B irsi xəstəliyinin müalicəsi üçün böyük əhəmiyyət kəsb edir. Onun bu və digər mühüm ixtiraları yeni beynəlxalq patent kimi öz təsdiqini tapıb. Yeni innovasiya məhsullarının Azərbaycanda da sınağının keçirilməsi, eləcə də tətbiqi nəzərdə tutulur. "Baku" TV-nin süjetini təqdim edirik: https://youtu.be/VdieUhTQrPE
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO



Daha bir peyvənd insanlar üzərində sınaqdan keçirilməyə başlandı
COVID-19 müharibəsində YENİ CƏBHƏ: 2022-ci ildə...
İsraildən koronavirusla bağlı ŞAD XƏBƏR
Azərbaycanda "Qarabağ" adlı vaksin hazırlanacaq
İran COVID-19 peyvəndini təqdim etdi
COVİD-19-a qarşı ilk dəfə peyvənd sınaqdan keçiriləcək
Toy mərasimlərində peyvənd sertifikatına dair TƏLƏB DƏYİŞİR
Toy mərasimlərində peyvənd sertifikatına dair TƏLƏB DƏYİŞİR
Avropa ölkəsindən peyvənd AÇIQLAMASI: Bu tarixdən başlayacaq
Rusiyadan İNANILMAZ HƏMLƏ: ikinci peyvənd gəlir
Türkiyədən ŞAD XƏBƏR: COVID-19-a qarşı peyvənd istehsal olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 