Cənubi Afrikada aşkar edildikdən qısa müddət sonra bir çox ölkəyə yayılan COVID-19-un “Omikron” variantı ilə bağlı narahatlıq və çaxnaşma davam edir.
ONN media xəbər verir ki, peyvənd istehsalçısı “Moderna” yeni ştama qarşı vaksin hazırlanmasına başladıqlarını elan edib. Peyvənd hazırlanmasında mRNA texnologiyasından istifadə edən “Moderna”nın tibb üzrə baş direktor müavini Pol Berton BBC-yə açıqlama verib. Berton yeni varianta qarşı hazırlana biləcək peyvənddən də danışıb:
“Hazırda istifadə olunan peyvəndlərin yeni varianta qarşı təsirini yaxın həftələrdə öyrənə biləcəyik. Əgər yeni vaksin hazırlamalı olsaq, 2022-ci ilin əvvəlində onu böyük həcmdə istehsal edə bilərik”.
Uğur Şahin və Özlem Türecinin şirkəti “BioNTech” də bu variantla bağlı açıqlama verib. Şirkətin sözçüsü qeyd edib ki, “Pfizer” və “BioNTech” aylar əvvəl mRNT peyvəndlərini 6 həftə ərzində yeni mutasiyalara qarşı uyğunlaşdırmaq üçün işə başlayıb. Yeni mutasiyalara qarşı ilk peyvəndlər 100 gün ərzində istifadəyə hazır olacaq.
Digər tərəfdən, “Johnson & Johnson” da peyvəndlərinin “Omikron” variantına qarşı təsirini ölçməyə başladıqlarını açıqlayıb.
Türkiyədə də istifadə edilən Çin peyvənd istehsalçısı “Sinovac” da mövzu ilə bağlı açıqlama verib. Şirkətin bəyanatında bildirilir ki, lazımi məlumatlar alındıqdan sonra “Omikron” variantına qarşı peyvənd hazırlaya bilərlər. Eyni virusa qarşı texnologiya və istehsal dəyişməyəcək, odur ki, çox qısa müddətdə vaksin hazırlanması mümkündür.



Alimlər COVID-19-a qarşı ən yaxşı peyvəndi seçdi
Məşhur virusoloq “omikron”u canlı vaksin adlandırdı
Britaniya 3-cü peyvəndi də təsdiqlədi
“Delta” ştammına qarşı vaksin hazırlandı
Türkiyəli alimdən vaksin PROQNOZ
ÜST: Vaksinlərin effektivliyi azalır
Bill Qeyts haqlı çıxdı - Peyvənd yaradıcısından ŞOK AÇIQLAMA
Vaksinlərin "omikron"a təsiri AÇIQLANDI
Azərbaycanlı alim koronavirusun dərmanını tapdı - VİDEO
ABŞ "Pfizer" vaksininin saxlanma müddətini uzatdı
Avropa Şengen vizasını sadəcə vaksinasiya olunanlara verəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 