"İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər”. ONN media xəbər verir ki, bunu “redaktor.az”a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. Onun sözlərinə görə, əgər vahid taksi dispetçeri yaradılsa və vahid qiymət tətbiq edilsə, bu, ictimai nəqliyyatda da gediş haqqına öz təsirini göstərəcək: "Tarif Şurası qiymət artımını əsaslandırmalıdır və bunun üçün də şərtlər dəyişməlidir; yanacağın qiymətində ciddi artım, avtobuslarla daşınan sərnişinlərin sayı az olmalıdır (ancaq oturacaq sayı qədər). Lakin hazırda bizdə ictimai nəqliyyatda "mehriban olmaq” məsələsi hökm sürür. Qısacası, bu tip əsaslar olmadan Tarif Şurası qiymət artımı edə bilməz. Əgər taksi qiymətləri artsa, bütün tələb ictimai nəqliyyata yönələcək. Amma ictimai nəqliyyat istiqamətində də hələ də yekunlaşmayan, həll edilməsi gərəkən problemlər mövcuddur”. Ekspert qeyd edib ki, BNA taksi xidmətləri sahəsində olduğu kimi, bu sahədə də xüsusi konsepsiyalar hazırlamalıdır: "Məsələn; keyfiyyətin artırılması istiqamətində standartların tətbiq edilməsi, leqallaşmanın aparılması, dövriyyənin şəffavlığı, sürücü və müştərilərin təhlükəsizliyinin təmin edilməsi lazımdır. İctimai nəqliyyatda növbəti qiymət artımı 40-50 qəpik ətrafında ola bilər. Qiymətlər indiki kimi 30% artırılsa, bu, kifayət qədər dövriyyə deməkdir. Lakin bu qeyd edilənlər hazırkı dövr üçün heç də uyğun olmaz”
Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA



Avtobuslarda gediş haqqı 50 qəpik olacaq – İDDİA
İctimai nəqliyyatda gediş haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
Taksi şirkətləri qiyməti qaldırır? - Açıqlama
Deputatdan əhaliyə bəd xəbər- "METRODA GEDİŞHAQQI BAHALAŞACAQ"
İctimai nəqliyyatda yeni tarif cədvəli açıqlandı
Bu gündən gediş haqqı qiymətləri artır
Taksi xidməti niyə bahalaşır? - Ekspert
125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan AÇIQLAMA
İctimai nəqliyyatda gediş haqqı bahalaşdı
Marketlərdə kəskin bahalaşma – Qiymətlər NƏ QƏDƏR ARTDI?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 