Bakı Nəqliyyat Agentliyi (BNA) Tarif (Qiymət) Şurasının qərarı ilə ölkədə yanacağın qiymətinin artırılmasından sonra sərnişin avtobuslarında da gediş haqqının artırılması ehtimalına münasibət bildirib. Bu barədə Agentliyin mətbuat katibi Mais Ağayev cavablandırıb. “BNA paytaxtda müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və bu məsələ hazırda gündəmdə deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”, - o qeyd edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova da bildirib ki, şəhər və rayonlararası ictimai nəqliyyatda qiymət artımı nəzərdə tutulmur: "Bununla bağlı Tarif Şurasına müraciət etməmişik. İctimai nəqliyyat bütün regionlarda hansı qiymətə işləyirdisə, bundan sonra da elə olacaq. Dizel yanacağının qiymətinin artırılmasının sahibkarlara təsirlərinin neytrallaşdırılması üçün onlara konpensasiyaların hansı formada ödənilməsi məsələsinə isə aydınlıq gətiriləcək". Bundan başqa, onun sözlərinə görə, taksilərdə süni qiymət artımına yol verilmir.
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA



Avtobuslarda qiymət artımı olacaq? - BNA-dan AÇIQLAMA
Marşrut avtobuslarında gediş haqqı 1 manat olacaq? - RƏSMİ AÇIQLAMA
Avtobuslarda gediş haqqı artırılır? – MÜHÜM AÇIQLAMA
125 saylı marşrut xəttində gediş haqqı artıb? - BNA-dan AÇIQLAMA
Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA
Bu avtobuslarda sürücülər gediş haqqını qaldırdı – XƏBƏRDARLIQ
Azərbaycanda yeni QADAĞA başlayır - Martın 6-dan...
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
Metroda gediş haqqı artırılacaq?- Rəsmi
Metroda gediş haqqı artırılacaq? – Açıqlama
Taksilərin qiyməti bahalaşıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 