ONN İnformasiya Agentliyi

ABŞ təyyarələri Rusiya sərhədinə yaxınlaşdı

ABŞ təyyarələri Rusiya sərhədinə yaxınlaşdı
8-09-2020, 18:48

ABŞ və Böyük Britaniyanın döyüş təyyarələri Rusiyanın Baltik və Qara dənizdəki sərhədinə yaxınlaşıb. ONN media  xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin RC-135U strateji kəşfiyyat döyüş təyyarəsi Kalininqrad vilayətinin dəniz sərhədi boyunca kəşfiyyat uçuşu aparıb. Eyni zamanda, Kiprin Akrotiri bazasından havalanan Britaniyanın RC-135W və Sentinel R.1 kəşfiyyat təyyarələri Krım və Krasnodar sahilləri boyunca uçuşlar həyata keçiriblər. Rusiyanın Milli Müdafiə İdarəetmə Mərkəzindən verilən məlumata görə, baş verə biləcək hər hansı təxribatın qarşısını almaq məqsədilə Rusiya qırıcıları üç dəfə havaya qalxıb.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png