ABŞ Hərbi Aviasiya Qüvvələrinə məxsus strateji B-52H Stratofortress bombardmançı təyyarələri ilə Ukraynaya məxsus Su-27 və MİQ-29 təyyarəsi Qara dəniz üzərində birgə uçuş həyata keçirib. ONN media xəbər verir ki, 2 ədəd B-52H dünən İngiltərədəki “Fairford” aviabazasından havaya qalxıb. Təyyarələr Niderland, Almaniya və Polşa üzərindən uçaraq Ukraynanın hava məkanına daxil olub. Ukrayna ordusunun təyyarələri ABŞ təyyarələrini Azov dənizinə qədər müşayiət edib. Təyyarələrin bu qisminə qədər olan uçuşları ilə bağlı Ukrayna Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada birgə uçuşların planlaşdırılmış təlim olduğu vurğulanıb. Rusiya mətbuatı isə Ukrayna və ABŞ təyyarələrinin uçuşu ilə bağlı müxtəlif iddialar səsləndirib. İddiaya görə, təyyarələr Qara dəniz üzərindən Krımın 53 km məsafəsinə qədər irəliləyib. ABŞ təyyarələri təhlükəli şəkildə yarımadaya yaxınlaşaraq bombardman, manevr və kəşfiyyat tipli fərdi qabiliyyətlərini sərgiləyib. Ukrayna təyyarələri də onlardan nümunə götürüb.
Qara dəniz üzərində TƏHLÜKƏLİ ANLAR: Ukrayna və ABŞ təyyarələrini havaya qaldırdı



Qara dənizdə ABŞ və Rusiya döyüş təyyarələri arasında GƏRGİNLİK YAŞANDI
Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
ABŞ və Rusiya arasında GƏRGİNLİK
Havada TƏHLÜKƏLİ ANLAR: 3 ölkənin hərbi təyyarələri üz-üzə
Qırıcı və bombardmançılar YENİDƏN QARŞI-QARŞIYA: Qara dənizdə nəfəskəsən anlar yaşandı
Tu-142-lər beynəlxalq sularda uçdu: NATO ölkələri...
Yaponiya qırıcıları da havaya qalxdı- ŞOK
ABŞ təyyarələri Rusiya sərhədinə yaxınlaşdı
Yunan-Türk gərginliyi dərinləşir - ABŞ-ın qırıcıları HAVAYA QALXDI
Rusiya bunu təkzib etdi
ABŞ Rusiyaya raket zərbəsi endirib? - ŞOK AÇIQLAMA
ABŞ kəşfiyyat təyyarələri Rusiya sərhədində...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 