2020-ci ilin avqust ayında ölkə üzrə gündəlik neft (kondensantla birlikdə) hasilatı 669,1 min barrel olub. Bunun 584,6 min barrelini xam neft, 84,5 min barrelini isə kondensat təşkil edib. Xam neftin 460,4 min barreli “Azəri-Çıraq-Günəşli”, 124,2 min barreli isə SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə hasil edilib. Energetika Nazirliyindən ONN media -ya verilən məlumata görə, “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barrel ixtisarı prosesi çərçivəsində Azərbaycan avqustda sutkada xam neft hasilatını 133,4 min barrel azaldıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min barreldən azaldılaraq 461 min barreldə, SOCAR (Azneft” İB, BM və ƏŞ) üzrə isə 151 min barreldən ixtisar edilərək 126 min barrel həcmində saxlanılmalıdır. Qeyd edək ki, 12 aprel tarixli “OPEC plus” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust- 31 dekabr tarixlərini əhatə edir.
Azərbaycan avqustda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib



İyulda nə qədər neft hasil edilib?
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
Ötən ay Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Fevral ayında gündəlik neft hasilatı nə qədər olub?
Ötən ay üzrə gündəlik neft hasilatı 783 min barrel olub
Ölkədə sentyabr ayı üzrə gündəlik neft hasilatı 796 min barrel olub
Nazirlik avqust ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
Azərbaycanda may ayında gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib
İyul ayı üzrə gündəlik neft hasilatı ilə bağlı məlumatları açıqlandı
Azərbaycanın iyun ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edilib
Gündəlik neft hasilatı ilə bağlı məlumatlar OPEC-ə göndərilib
Energetika Nazirliyi neft hasilatı ilə bağlı məlumatları açıqlayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 