Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə buraxan şəxslə bağlı məhkəmə qərarından apellyasiya şikayəti təmin olunub. ONN media xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb. O, “Qadn və uşaq sığınacağı” səhifəsindən bununla bağlı status yazıb: “Əziz dostlar, sizinlə bir məlumatı bölüşmək istəyirik. Xatırlayırsınızsa, azyaşlı qızımızın hamilə qalmasına səbəb olan və ona qarşı zorakılıq edən müəllimə qarşı Lerik rayon məhkəməsi tərəfindən cəmi bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hamımızda təəssüf hissi doğurmuşdu. Həmin məsələni ictimailəşdirdikdən sonra Milli Məclisin sədr müavini Adil Əliyev, qeyd olunan məsələni nəzarətə götürmüş və zərərçəkəni öz hesabına vəkillə təmin etmişdi. İş üzrə şikayət Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, məhkəmənin bugünki qərarı ilə Lerik rayon məhkəməsinin təyin etdiyi hökm ləğv edilmiş, iş qanunvericiliyin tələbinə uyğun olaraq, yenidən tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə geri qaytarılmışdır. Bu işdə əziyyəti olan hər kəsə təşəkkür edirik!”
15 yaşlı qızı hamilə buraxan müəllimlə bağlı həbs qərarı LƏĞV EDİLDİ



İYRƏNC OLAY: Müəllim 15 yaşlı qızı hamilə qoydu və...
Baş Prokurorluqdan 15 yaşlı şagirdini hamilə qoyan müəllimlə bağlı - AÇIQLAMA
Azərbaycanda məşhur restoranın sahibi HƏBS EDİLDİ
Lənkəranda DƏHŞƏTLİ QƏTL - Evinə gələn qonağı...
Həbs edilən gömrük generalının şikayəti rədd edildi
Mədəniyyət nazirinin sabiq müavini kassasiya şikayəti verib
Məhkəmə Kamil Zeynallı ilə bağlı QƏRAR VERDİ
Sabiq icra başçısının şikayəti üzrə məhkəməsinin vaxtı məlum oldu
Mübariz İbrahimovu tənqid edən psixoloq təqsirli şəxs qismində tanındı
Eldar Həsənovdan YENİ XƏBƏR var
Jurnalist Mahir Xəttabdan YENİ XƏBƏR VAR
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilir - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 