Yasamal Rayon Məhkəməsində səhlənkarlıq nəticəsində Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsinin zəhərlənməsinə, bir tələbənin isə ölümünə səbəb olmaqda təqsirləndirilən Pərvaz Əsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. ONN media xəbər verir ki, hakim Günel Ələkbərlinin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası sentyabrın 25-nə təyin edilib. Qeyd edək ki, hadisə ötən il noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında baş verib. Universitetin tələbələri - 1999-cu il təvəllüdlü Şəkər Xasmətovanın zəhərlənərək vəfat edib, 1998-ci il təvəllüdlü Dilrubə Quliyeva və Həmidə İbadovanın isə zəhərlənərək həyat üçün təhlükəli olan vəziyyətə düşüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun İstintaq İdarəsində istintaq aparılıb. İstintaqla yataqxananın komendantı və tələbə şəhərciyinin direktoru vəzifəsini icra edən Pərvaz Əsgərovun işinə və xidməti vəzifəsinə vicdansız və laqeyd münasibət bəsləyib vəzifəsini yerinə yetirməyərək yataqxananın birinci mərtəbəsində yerləşən ümumi hamam otağında özbaşına axar su qızdırıcılarının və onlara birləşdirilmiş tüstü bacalarının düzgün quraşdırılmasını, onlara müvafiq texniki xidmət göstərilməsini təmin etməyərək ehtiyatsızlıqdan 2 nəfərin ağır zərər vurmaya aid xəsarət almalarına, 1 nəfərin isə ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Pərvaz Əsgərov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona ittiham elan edildi və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
BDU-nun vəzifəli şəxsi hakim qarşısına çıxarıldı



Tələbə qızların zəhərlənməsi: 1 nəfər barədə QƏRAR VERİLDİ
Dəm qazı daha bir can aldı
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
Bakıda baş verən partlayışla bağlı cinayət işi açıldı
Rusiyada 6 il əvvəl cinayət törədən Əlövsət Məmmədov hakim qarşısında
Benzin töküb həmyerlisinə od vurmuşdu - Məhkəmə BAŞLAYIR
Binədəki avtobus qəzasının günahkarlarının aqibəti necə oldu?
Gəncədəki partlayışla bağlı cinayət işi başlandı
Şəkərin dəfnində əmisinin vəziyyəti pisləşdi - Bakıya aparılarkən qəzaya düşdü
Azərbaycanda ginekoloqa elektron qolbaq taxıldı
Bakıda dəhşətli hadisə barədə YENİ XƏBƏR
Əhməd hakim qarşısına çıxarılıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 