“Palmali Holding”in qurucusu Mübariz Mənsimovun məhkəmə prosesi baş tutub.
ONN media xəbər verir ki, bu barədə Publika.az-a şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fidan Quliyeva məlumat verib.
O bildirib ki, onun azadlığa buraxılmasıyla bağlı vəsatəti təmin olunmayıb. Onun sözlərinə görə, hakim dekabr ayına kimi istintaqın davam etdirilməsi ilə bağlı qərar verib.
"Növbəti məhkəmə prosesi dekabrın 8-də keçiriləcək. Həmin müddətə kimi dəlillərin toplanaraq məhkəməyə təqdim olunması istənilib", - deyə F.Quliyeva əlavə edib.