Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Xəzər və Abşeron rayonları ərazilərində reydlər keçiriblər. Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, sentyabrın 11-də keçirilən reydlər zamanı Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yerləşən donuzçuluq fermasının yaxınlığında sənaye tullantılarının yandırılması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci (atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması) maddəsinin tələblərini pozduğuna görə Bakı şəhər sakini N.Salmanov barəsində protokol tərtib edilərək 600 manat məbləğində cərimələnib. Sentyabrın 14-də keçirilən reydlər zamanı isə Abşeron rayonunun Hökməli qəsəbəsində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Hökməli bələdiyyəsinin sədri R.Orucov barəsində protokol tərtib edilərək 3.000 manat məbləğində cərimələnib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Polis vəzifəli şəxsi cərimələdi - 3 MİN MANAT



Bələdiyyə sədri 3 min manat cərimələndi - VİDEO
Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırıldı
Sumqayıtda vəzifəli şəxs cərimələndi
Bu şəxslər cəza aldılar - RƏSMİ
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Bu şəxslər 600 manat CƏRİMƏ EDİLDİ
Vəzifəli şəxs cərimələndi
Azərbaycanda vəzifəli şəxslər cərimələndi
DİN və ETSN birgə reydlər keçirib
Ekologiyanı korlayanlara 65 minlik cəza
Azərbaycanda vəzifəli şəxslər 11 min manat cərimələndi - ADLAR
Azərbaycanda vəzifəli şəxs cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 