Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsi məqsədilə Tədbirlər Planına uyğun olaraq paytaxtın Xəzər, Sabunçu, Binəqədi, Səbail, Xətai, Suraxanı, Nərimanov, eləcə də respublikanın Sumqayıt, Xaçmaz, Lənkəran, Astara şəhər və rayonlarında reydlər keçiriblər.
DİN -dən ONN media -ya verilən məlumata görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddələrinin tələblərini pozmuş 31 fiziki və 2 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 27 min manat təşkil edib.
Ümumilikdə, cari ilin ötən dövrü ərzində ərazi polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 526 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara 65 min manat məbləğində cərimə tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.



Ekologiyanı korlayanlara 65 minlik cəza
Xəzəri çirkləndirənlər məsuliyyətə cəlb edildi
Bu şəxslər 600 manat CƏRİMƏ EDİLDİ
Polis vəzifəli şəxsi cərimələdi - 3 MİN MANAT
POLİS ƏTRAF MÜHİTİN QORUNMASINA NƏZARƏT EDİR
DİN və ETSN birgə tədbirlərini davam etdirir
Bu çimərlikləri işlədən şəxslər cərimələndi - SİYAHI
Vəzifəli şəxs cərimələndi
Bələdiyyə sədri 3 min manat cərimələndi - VİDEO
Azərbaycanda vəzifəli şəxs cərimələndi
Sabirabadda ətraf mühiti çirkləndirənlər cərimələnib
Hökməli bələdiyyəsinin sədr müavini cəzalandırıldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 