“Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik edilib. ONN media xəbər verir ki, bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarda “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə” sözləri “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə” sözləri ilə və “təyin” sözü “müəyyən” sözü ilə əvəz edilib. Dəyişikliyə əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manat məbləğində müəyyən edilib. Ödəniş dövlət büdcəsinin “Bədən tərbiyəsi və idmanın təşkili” bölməsinin vəsaitləri hesabına həyata keçiriləcək. Nazirlər Kabinetindən "Report"a bildirilib ki, qeyd olunan qərar Gənclər və İdman Nazirliyində Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçiləri vəzifələrində çalışan əməkdaşların vəzifə funksiyalarının Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin səlahiyyətlərindən daha geniş və əhatəli olduğu nəzərə alınaraq hazırlanıb: "Bu dəyişikliyə qədər Gənclər və İdman Nazirliyində çalışan və Olimpiya idman növləri üzrə milli yığma komandalarla məşğul olan əməkdaşlar ştat cədvəlində “baş məşqçi” kimi müəyyənləşdirilmişdi. Bu ifadə, onların federasiyalarda çalışan baş məşqçilərlə eyniləşdirilməsinə səbəb olur, fərqli funksiyalar yerinə yetirən Nazirlik əməkdaşı “baş məşqçi” ilə federasiya əməkdaşı “baş məşqçi”lərin zəruri hallarda fərqləndirilməsinə mane olurdu. Gənclər və İdman Nazirliyinin əməkdaşları olan “baş məşqçi”lər Olimpiya idman növləri üzrə milli yığma komandalarla iş aparır, yerlərdə seleksiya işlərini həyata keçirir, təlim-məşq prosesinin, maddi-texniki bazanın təşkil olunmasına, idmançıların beynəlxalq yarışlara hazırlıq prosesinə nəzarət edir, Nazirliklə idman federasiyaları arasında əlaqəli fəaliyyət göstərir, idmanyönlü təşkilatlarla əlaqələr yaradır və digər işləri yerinə yetirirlər. Bu vəzifədə çalışanların öz iş funksiyalarına uyğunluğunu təmin etmək məqsədilə mövcud Qərarda “baş məşqçi” vəzifə adının “seleksiya üzrə baş mütəxəssis” vəzifə adı ilə əvəz edilməsi məqsədəuyğun hesab edilib".
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi



Bu baş məşqçilərin maaşları artırıldı
DİQQƏT: Bu şəxslərin maaşı artdı
Bu idmançılara xüsusi təqaüd veriləcək
Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi
Azərbaycanda assosiasiya prezidenti vəfat etdi
İlham Əliyev sərəncam imzaladı
"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə başa çatıb
Azərbaycanda 2 idman kompleksi xəstəxanaya çevriləcək
Operativ Qərargahdan YENİ QƏRAR: Bu qadağa LƏĞV EDİLDİ
Nazir idmançılara mükafat verdi
Olimpiya çempionuna nazirlikdə YÜKSƏK VƏZİFƏ verildi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 