ONN media xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Arabaçı Əlillər Şəbəkəsi" İctimai Birliyi tərəfindən "Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə yekun tədbir "Əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiya mərkəzi"-də baş tutub.
Layihə rəhbəri və "Arabaçı Əlillər Şəbəkəsi"-in sədri Ruhin Cəfərov layihə haqqında çıxış etdikdən sonra əlilliyi olan şəxslərə paralimpiya idman növləri haqqında məlumatlar verilib. Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Rəhilə Həsrətova, Azərbaycanın para-pauerliftinq milli komandasının baş məşqçisi Elşən Hüseynov, paralimpiya çempionu Elvin Astanov, atletika idman növləri üzrə məşqçi Mehman Ramazanzadə, "para-madminton üzrə məşqçi Rəvan Niftaliyev "paralimpiya idman növləri", "əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya üsulları" və s. mövzular üzrə çıxışlar ediblər.
Açıq hava şəraitində təşkil olunan tədbirdə iştirakçılar paralimpiya idman növləri və bəzi abilimpiya oyunları ilə əyani tanış olublar.
Tədbirin sonunda iştirakçılara motivasiya məqsədi ilə sertifikatlar təqdim edilib və çay süfrəsi ətrafında əlilliyi olan şəxslər ilə səmimi görüş keçirilib.
#Paralimpiya #İdman #Təbliğat



"Paralimpiya idman növlərinin təbliğatı" adlı layihə üzrə ilk tədbir həyata keçirilib
Paralimpiyaçılarımız Tokioda şanlı tarix yazır
Atletlərimiz qızıl və gümüş medallar qazandılar
Para-atletimiz Polşada qızıl medal qazandı
Azərbaycanda federasiya prezidenti öldü - BU SƏBƏBDƏN
Tokio-2020: İlham Zəkiyev mübarizəyə başlayır
Tokio-2020: Azərbaycan paraüzgüçüləri Yaponiyaya yollandı
Azərbaycan para-atleti 4-cü dəfə dünya çempionu olub
Baş məşqçilərlə bağlı qərara dəyişiklik edildi
"Tokio-2020"də koronavirusa yoluxanların sayı açıqlandı
İlham Zəkiyevə fəxri ad verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 