Azərbaycan hüquq mühafizə orqanlarının haqqında beynəlxalq axtarış elan etdiyi Qurban Məmmədov Türkiyədə saxlanılıb. ONN media xəbər verir ki, bu barədə onun oğlu Qoşqar Məmmədov məlumat yayıb. Qoşqar Məmmədovun sözlərinə görə, atası Qurban Məmmədovla bütün əlaqələri kəsilib: “Qurban bəyin Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub. Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib. Başqa bir tərəfdən aldığımız xəbərə görə, Bakıdan bir qrup adam Qurban bəyin saxlandığı yerə gedib və polislərlə orada danışıqları, hətta mübahisələri olub, Qurban bəyi bu danışıqlardan sonra oradan naməlum bir yerə aparıblar”. Qeyd edək ki, Qurban Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə onların barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.(telegraf.com)
Qurban Məmmədov saxlanıldı - FOTO



Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı MÜHÜM XƏBƏR
Qurban Məmmədov özünü “qəsdən” həbs etdirib və... – Qardaşı
Qurban Qurbanovdan oğluna MARAQLI CƏZA
Orduda Qurban Bayramı belə qeyd olundu
Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
İlham Əliyevdən Qurban bayramı paylaşımı
Bayramda faciə yaşandı - 5 mindən çox yaralı
Məşhur klub Qurbanovu istəyir?- ŞOK İDDİA
Prezident Qurban Bayramı ilə bağlı təbrik ünvanlayıb
Qurban bayramında neçə gün iş olmayacaq?
Ordumuzda Qurban bayramı qeyd olundu
Qurban bayramı qəzaları - 5 mindən çox yaralı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 