Ramazan ayında qurban kəsməklə bağlı heç bir qadağa yoxdur. İnsanlar ilin istənilən vaxtında qurban kəsə bilərlər. Eləcə də Ramazan bayramı müddətində qurban kəsmək olar.
ONN media xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Ramazan ayı ərzində və Ramazan bayramı günlərində qurban kəsməyin mümkün olub-olmamasına münasibət bildirərkən deyib.
Hacı Şahin bildirib ki, hər kəs müqəddəs orucluq ayında nəzir deyib qurban kəsə bilər:
“Ramazan ayında qurban kəsmək bəyənilən əməllərdəndir. Bununla bağlı heç bir qadağa yoxdur. Bu ay ərzində də nəzir deyib qurban kəsə bilərsiniz, bundan əvvəl deyilmiş qurbanınızı da Ramazan ayında kəsə bilərsiniz. Bir çoxları əvvəldən deyilmiş qurbanını saxlayıb Ramazan ayında kəsir. Bunda da heç bir qəbahət yoxdur.
Nəzir ibadətdir. Qurban da bu ibadətlərdən biridir. Hər kəs bu ay ərzində qurban kəsib paylaya bilər. Ramazan ayı ərzində mütləq hər kəs qurban kəsməlidir deyə bir anlayış da yoxdur. O demək deyil ki, hər kəs qurban kəsməlidir. Ancaq kimin nəziri varsa, kimsə bu ayda qurban kəsmək niyyətindədirsə, icra edə bilər”.



Novruz, Ramazan və Qurban bayramlarının vaxtı açıqlandı
Gələn il neçə gün iş olmayacaq?
Gələn ilin bayram günləri açıqlandı
Kimlərə qurban əti vermək olmaz?
Gələn ilin BAYRAM GÜNLƏRİ açıqlandı
Bayram namazı bu saatlarda qılınacaq - RƏSMİ
Qurban bayramında neçə gün iş olmayacaq?
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Qurban bayramı namazı BU TARİXDƏ qılınacaq
Azərbaycanda Qurban bayramı nə vaxt qeyd ediləcək?
Qurban bayramında neçə gün iş olmayacaq?
Ramazan ayının təqvimi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 