Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. DSX-nin Mətbuat Mərkəzindən ONN media -ya bildirilib ki, 2020-ci ilin 17 sentyabr tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunmuşdur. Sərhəd pozucularının əllərində silah və yüklərin olması müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər. Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunmuş, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçıb. Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib. Sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gəlmiş və sərhəd zastavasının mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhədboyu zolağa daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Məmmədov Adiş Cavad oğlu saxlanılmış, üzərində sərhəd pozucularına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol işkiləri aşkar olunub. Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb. Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Azərbaycan-İran sərhədində atışma - ÖLƏN VAR



Azərbaycan-İran sərhədində atışma: ölən var
SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ölən var
Sərhəddə atışma olub- Ölən var
İran-Azərbaycan sərhəddində GƏRGİNLİK
DTX və DSX birgə əməliyyat keçirdi- Saxlanılan var
İran sərhəddində atışma- Yaralanan var
SON DƏQİQƏ: Sərhədçilərimizə atəş açıldı- Yaralı var
Sərhəddə 8380 qutu siqaret müsadirə edildi - DSX
Azərbaycan-İran sərhədində insident
Sərhəddə insident: ölənlər var - Rəsmi
Sərhəddə atışma: yaralanan var - DSX
Sərhəddə atışma: ölən var - Rəsmi
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 