Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Bu barədə ONN media-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
12 avqust 2022-ci il tarixdə saat 01:55-də Yardımlı rayonu Deman kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunmuş və sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmışdır. Sərhəd pozucularına sərhəd naryadı tərəfindən “Dayan” komandası verilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Lakin sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmış və təqibdən yayınmağa cəhd etmişlər. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunmuşdur. Nəticədə 1 nəfər sərhəd pozucusu yaralanaraq saxlanılmış, digəri isə havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək İran ərazisinə qaçmağa müvəffəq olmuşdur. Yaralanmış sərhəd pozucusuna dərhal tibbi yardım göstərilmiş və xəstəxanaya təxliyə edilmişdir. İlkin araşdırma zamanı saxlanılmış şəxsin 1972-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Nadirzadə Ağacan Nasir oğlu olması müəyyən edilmişdir.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 7 kq 935 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”), bir ədəd tapança və ona məxsus patronlar aşkar olunaraq götürülmüşdür.
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



“Dayan” əmrinə tabe olmadılar- Atəş açıldı
İranla sərhəddə insident yaşanıb- ATƏŞ AÇILDI
SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ölən var
Azərbaycan-İran sərhədində atışma: ölən var
İran sərhəddində atışma- Yaralanan var
Sərhəddə 8380 qutu siqaret müsadirə edildi - DSX
Azərbaycan-İran sərhədində atışma
SON DƏQİQƏ: Sərhəddə gərginlik, əsgərlərimiz ATƏŞ AÇDI
DTX və DSX birgə əməliyyat keçirdi- Saxlanılan var
İranla sərhəddə gərginlik- Atəş açıldı
Sərhəddə atışma olub- Ölən var
İrandan 40 kq-lıq narkotikin keçirilməsinin qarşısı alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 