Daxili İşlər Nazirliyi (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bu barədə ONN media -ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Baş İdarəyə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb. Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
"Bandotdel" əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR



"Bandotdel" Beyləqanda əməliyyat keçirdi
Polisdən ƏMƏLİYYAT: Silahlı şəxslər ƏLƏ KEÇDİ
Nardaranda əməliyyat - Silahlı şəxs tutuldu
Bakıda avtomat gizlədən şəxs ələ keçdi
SON DƏQİQƏ! “Bandotdel” böyük əməliyyat keçirdi: Xeyli sayda silahlı şəxs tutulub
Cəlilabadda silahlı şəxs saxlanıldı
Bakının mərkəzində avtomatlı şəxs ələ keçdi
Azərbaycan polisi 3 şəhərdə əməliyyat keçirdi: silahlı şəxslər SAXLANILDI
Dəmir yolu vağzalında silahlı şəxs saxlanılıb
Polis əməliyyat keçirdi - Silahlı şəxslər tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 