Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı kəndin ərazisində saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd daraq, 1 ədəd süngü bıçaq, 2 ədəd radiostansiya və 76 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb.
Zamiq Əhmədli barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.



"Bandotdel" əməliyyat keçirdi - HƏBS EDİLƏN VAR
"Bandotdel"dən ƏMƏLİYYAT- Saxlanılan var
"Bandotdel" Bakıda əməliyyat keçirdi - Silahlı şəxs tutuldu
Polisdən ƏMƏLİYYAT: Silahlı şəxslər ƏLƏ KEÇDİ
Nardaranda əməliyyat - Silahlı şəxs tutuldu
Bakıda avtomat gizlədən şəxs ələ keçdi
Cəbrayılda avtomobildən silah-sursat götürüldü - DİN
Azərbaycan polisi 3 şəhərdə əməliyyat keçirdi: silahlı şəxslər SAXLANILDI
Xankəndidə silah-sursat tapıldı
Bakıda asayişi pozan 5 nəfər saxlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 