Tərkibi: 6-7ədəd orta ölçülü kartof 200 qr qiymə 1 ədəd soğan 1 stəkan pomidor suyu 1 ədəd yumurta 1 xörək qaşığı qarğıdalı yağı 1 xörək qaşığı tomat 1 stəkan isti su duz, istiot 3 budaq reyhan Hazırlanması: İlk öncə kartofları yuyun. Bir qazanda 1 çay qaşığı duz əlavə edilmiş qaynar suda kartofları diri qalacaq şəkildə bişirin. Ocaqdan götürüb kartofları soyudun və qabıqlarını soyun. Kartofların iç hissələrini ovaraq çıxardın. İçlik üçün soğanı soyub doğrayın. Reyhanı da xırda doğrayın. Qiyməni dərin bir qaba tökün. Üzərinə xırda doğranmış soğan, reyhan, 1 ədəd yumurta, duz və istiotu əlavə edib qarışdırın. Hazırladığınızı içliyi ovulmuş kartofların içərisinə bölüşdürün. İçliklə doldurulmuş kartofları odadavamlı soba qabına yerləşdirin. Sousu üçün bir qabda tomat, pomidor suyu, qarğıdalı yağı və 1 stəkan isti suyu töküb qarışdırın. Hazırladığınız sousu kartof dolmalarının üzərinə gəzdirərək tökün. Kartof dolmasını əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişirilmə müddətində soba qabındaki sousu arabir bir qaşıq köməyi ilə bir az götürərək kartofların üzərinə gəzdirərək tökün. Kartof yumşalanadək bişirin və sobadan götürün. Bişən dadlı kartof dolmasını isti-isti süfrəyə verin. Nuş olsun!
Kartof dolması hazırlanması



İftar süfrəsi üçün reseptlər
Lahmacun RESEPTİ
Ətli əncir dolması necə hazırlanır? - QAYDASI
Kartof dolması yemisiniz? - FƏRQLİ DAD
Yağlı yemək sevməyənlər üçün soba peraşkisi
Mahluta şorbasının hazırlanması
Qədim yeməyimiz xaşlama RESEPTİ
Belə lahmacun yeməmisiniz - FƏRQLİ DAD
Çoban qovurmasının hazırlanması
Balıq şorbası resepti
Tavada dadlı kartof pizzası necə hazırlanır? - QAYDASI
İtalyan pizzası resepti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 