Tərkibi: 1 xörək qaşığı kərə yağı, 1 xörək qaşığı günəbaxan (ayçiçek) yağı, 750 qr. quzu əti, 15-20 ədəd arpa, yəni xırda soğan, 4-5 diş sarımsaq, 4-5 ədəd acı yaşıl bibər, 3 ədəd pomidor, 1 stəkan ət suyu, quru kəklikotu, 1 soğanın suyu, 30 milli litr alma sirkəsi, Zövqə görə duz, qara bibər və qırmızı toz bibər. Hazırlanması: Kiçik (quşbaşı) doğranmış ətləri bir qabın içinə qoyun, üzərinə soğan suyu, alma sirkəsi, duz və qara bibər əlavə edib qarışığı soyuducuda 20 dəqiqə saxlayın. Bu arada günəbaxan və kərə yağlarını tavaya tökün istilənsin. Bayaqkı qarışığı soyuducudan çıxarıb suyunu süzün, yağda 15 dəqiqə orta odda qovurun. Sonra arpa soğan və diş sarımsaqları əlavə edin, qarışdıra-qarışdıra 5 dəqiqə qovurmağa davam edin. Daha sonra iri doğranmış bibərləri qarışığın üzərinə töküb yenə 5 dəqiqə qovurun. Küp doğradığınız pomidorları da əlavə edərək əvvəlki şəkildə qarışdırıb qovurmağa davam edin. Ət suyu və quru kəklikotundan başqa digər ədviyyatları üzərinə töküb qazın odunu azaldın. Ətləri qazanda qapağı bağlı olaraq yumşalana qədər təxminən 40 dəqiqə bişirin. Qazın üzərindən götürdükdən sonra kəklikotunu səpin, isti-isti süfrəyə gətirin. Nuş olsun!
Çoban qovurmasının hazırlanması



Balıq şorbası resepti
Sobada manqal keyfi: Toyuq kababı resepti
Sobada souslu ət resepti
Mahluta şorbasının hazırlanması
Balıq şorbası necə bişirilir? - RESEPT
Balıq şorbası necə bişirilir? - RESEPT
Penne Rigate Arabyata sousu ilə resepti - İTALYAN MƏTBƏXİ
Arpalı əriştə şorbasının HAZIRLANMASI
Arpalı əriştə şorbası resepti
Göbələk şorbası resepti
Ətli əncir dolması necə hazırlanır? - QAYDASI
İftar süfrəsi üçün reseptlər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 