Böyük Britaniya hökuməti ölkəyə daxil olan şəxslərə tətbiq edilən karantin rejiminə yenidən dəyişikliklər edib. ONN media xəbər verir ki, dəyişikliklərə əsasən Danimarka, İslandiya, Slovakiya və Karib dənizində yerləşən Kyurasao adasından ölkəyə gələn şəxslərə 14 günlük karantin rejimi tətbiq olunacaq. Krallığın Nəqliyyat və Xarici İşlər Nazirliklərinin yayımladığı birgə bəyanatda deyilir ki, qərar şənbə günü saat 04:00-dan (Bakı vaxtı ilə 07:00) qüvvəyə minir. Bununla da Böyük Britaniya pandemiyanın ikinci dalğası riskini azaltmağa çalışır. Ümumilikdə, ölkədə koronavirusa 416 363 nəfər yoluxub, onların 41 902-sinin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Britaniya pandemiya zamanı sərhədlərini bağlamayan az sayda Avropa ölkələrindən biridir. Ölkəyə daxil olan turistlərə tətbiq edilən karantin rejimi yalnız 8 iyun tarixindən etibarən fəaliyyətə başladı.
Bu ölkə 14 günlük karantin rejimini bərpa edir



Bu ölkə sərt karantin rejiminə keçdi
Ermənistanda gələn ilə kimi KARANTİN ELAN EDİLDİ
Qardaş ölkədə 3 günlük sərt karantin rejimi TƏTBİQ EDİLİR
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Yaponiya 15 ölkədən gələnlərə məhdudiyyət tətbiq etdi
Həftənin bu günü işlər dayandırılsın - Komitə sədrindən TƏKLİF
İngiltərədə karantin rejimi bu tarixdə bitəcək
Bu ərazilərdə polis postları qurulacaq
Avropa yenidən sərhədlərini bağlayır?
Daha bir ölkədə karantin rejimi uzadıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 