"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Prezident Heydər Əliyev" tankerinin əsaslı təmiri başa çatıb. Bu barədə ONN media -ya QSC-dən bildiriblər. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri yüksək keyfiyyətlə həyata keçirilib. Gəminin baş və köməkçi mühərrikləri, boru sistemləri, mexanizmləri təmir edilib. Tanker üzrə elektrik-quraşdırma və avtomatika, eləcə də gövdə-qaynaq işləri yerinə yetirilib. Bununla belə, “Prezident Heydər Əliyev” gəmisinin heyətinə məxsus yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib. Təmir zamanı tankerin sualtı və suüstü hissələri və göyərtəsi təmizlənərək rənglənib. Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb. Xatırladaq ki, “Prezident Heydər Əliyev” gəmisi ASCO-nun Nəqliyyat Donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.
"Prezident Heydər Əliyev" tankeri təmiri başa çatdı



“Şair Sabir” gəmisi yenidən xarici sulara yola salındı
Azərbaycanda inşa olunan ilk tanker suya salındı
Prezident “Kəlbəcər” tankerinin istismara verilməsi mərasimində
"Laçın" dünya sularına çıxdı
Xəzərdə tanker partlayıb? - ASCO-dan AÇIQLAMA
ASCO-nun Müşahidə Şurasında dəyişiklik oldu
Prezident “Zərifə Əliyeva” gəmisinin istismara verilməsi mərasimində - YENİLƏNİB
Prezident azad olunan ərazilərdə yeni məscidlərin tikintisindən danışıb
Bakıda bu yollar bağlanacaq - XƏBƏRDARLIQ
Dünyadakı ilk və yeganə tanker-muzey BAKIDA
Bakıda bu məktəblərin binası sökülür
"Laçın" istismara verildi: Prezident mərasimdə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 