“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” universal yük gəmisi əsaslı təmir olunub.
QSC-dən bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb.
Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.
Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və göyərtəsi abraziv qumla tam təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.
Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib. Belə ki, “Şair Sabir” gəmisi yerli karbamidlə yüklənmiş vəziyyətdə Türkiyəyə doğru səfərə yola düşüb.
Qeyd edək ki, “Şair Sabir” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5200 ton yükgötürmə qabiliyyətinə malikdir.



"Prezident Heydər Əliyev" tankeri təmiri başa çatdı
Rusiyanın daha bir hərbi gəmisi sıradan çıxdı
Azərbaycan dənizçisindən dəhşətli əməl - Özünü gəmidən ataraq intihar etdi
Rusiya hərbi gəmiləri Türkiyədən keçdi
Xəzərdə dəhşətli anlar- GƏMİYƏ SU DOLDU
ABŞ hərbi gəmisi Çanaqqala boğazında
Gəmi gəzintisi istəyənlərə ŞAD XƏBƏR
HƏYƏCANLI ANLAR - Sualtı qayıq yük gəmisi ilə toqquşdu
Azərbaycanda inşa olunan ilk tanker suya salındı
Bu ölkənin hərbi gəmisi Qara dənizdə minaya düşdü
Rusiya gəmisi 2 aydır İstanbuldan buraxılmır - SƏBƏB?
Türkiyədən Rusiyaya gedən yük gəmisində PROBLEM YARANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 