Baş nazir Əli Əsədov "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 avqust tarixli 1147 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə sərəncam imzalayıb. ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi saytında məlumat dərc edilib. Sərəncama əsasən, Ədliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyətli dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nın və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 avqust tarixli 1147 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir. Bu Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilir. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM



Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
Nazirlər Kabineti rəsmi məlumat yaydı- QƏRAR LƏĞV EDİLDİ
İlham Əliyev fərman imzaladı
MÜHÜM FƏRMAN: Nazirlər Kabinetinin Aparatında İKİ MÜAVİN olacaq
Baş Nazirdən YENİ QƏRAR
Əli Əsədovdan TAPŞIRIQ: İki ay müddətində...
Əli Əsədovdan Prezidentin xüsusi nümayəndələri ilə bağlı - SƏRƏNCAM
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
İlham Əliyev SƏRƏNCAM İMZALADI
"Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası Qaydası" təsdiqləndi
Nazirlər Kabinetinin geniş iclası keçirildi
Baş nazirdən orta ixtisas təhsili ilə bağlı qərar - LƏĞV EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 