Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 2017-ci il 10 oktyabr tarixli fərmanına dəyişiklik edilib. ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycan Prezidentinin Nazirlər Kabinetinə, yerli icra hakimiyyəti orqanlarına, habelə Prezident və Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslərə və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, eyni zamanda publik hüquqi şəxslərə də verdiyi tapşırığın icrasının nəticələri barədə müvafiq hesabat tapşırığın icraçısı tərəfindən Prezidentə təqdim olunmalıdır. Sənədin 3.5-ci maddəsinə əsasən Nazirlər Kabinetinin iclasında Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Nazirlər Kabinetinin üzvü məzuniyyətdə və ya ezamiyyətdə olduqda, yaxud səlahiyyətlərini müvəqqəti icra edə bilmədikdə, Nazirlər Kabinetinin iclasında onun səlahiyyətlərini icra edən müavini iştirak etməlidir. Nazirlər Kabinetinin iclasına Nazirlər Kabineti Aparatının rəhbəri, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, habelə dövlətin hüquqi şəxslərinin rəhbərləri də dəvət oluna bilərlər. 3.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib: “Azərbaycan Respublikası Prezidentinin sədrlik etdiyi hallar istisna olmaqla, Nazirlər Kabinetinin iclasında gündəlikdəki məsələyə aidiyyəti olan Nazirlər Kabinetinin üzvləri iştirak edirlər”. Prezident İlham Əliyevin fərmanı ilə Nazirlər Kabinetinin Aparat rəhbərinin bundan sonra iki müavini olacaq. Bu zamana qədər isə Nazirlər Kabinetinin Aparatının bir müavini olub.
MÜHÜM FƏRMAN: Nazirlər Kabinetinin Aparatında İKİ MÜAVİN olacaq



Əli Əsədovdan karantin rejimi ilə bağlı SƏRƏNCAM
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
İlham Əliyev fərman imzaladı
Nazirlər Kabinetinin geniş iclası keçirildi
Prezidentdən nazirlərlə bağlı mühüm sərəncam
Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edildi
Bakı bulvarı ilə bağlı mühüm qərar
Nazirlər Kabinetinin Aparatına YENİ TƏYİNAT
Əmək müqaviləsinin nümunəsi təsdiqləndi - FƏRMAN
Nazirlər Kabineti Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik etdi
İlham Əliyevdən Tərcümə Mərkəzi ilə bağlı — FƏRMAN
Naxçıvanda mühüm sərəncanlar imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 