Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən Azərbaycan Respublikasının Mülki və Vergi məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” qanunların bəzi müddəalarının tənzimlənməsi məqsədi ilə yaradılmış işçi qrupunun iclası keçirilib. ONN media xəbər verir ki, iclasda işçi qrupunun üzvləri - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, komitənin sədr müavini Əli Məsimli, deputatlardan Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, ekspertlər qismində dəvət olunmuş Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini Rəhman Hümmətov iştirak ediblər. İclasda komitə sədri Tahir Mirkişili çıxış edərək deyib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2020-ci il tarixli qərarı ilə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının adı çəkilən qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla tənzimlənməsi Milli Məclisə tövsiyə olunub. Diqqətə çatdırılıb ki, məsələ ilə bağlı yaradılmış işçi qrupun İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Azərbaycan Banklar Assosiasiyasının nümayəndələri ilə birgə ilk görüşü olub, müzakirələr aparılıb. Müzakirələr zamanı səsləndirilən təkliflər nəzərə alınaraq, hazırda müvafiq qanunların təkmilləşdirilməsi istiqamətində iş aparılır. Burada məqsəd bu sahədə olan qeyri-müəyyənliyin aradan qaldırılması, o cümlədən vətəndaşların kredit götürdükləri zaman qoyduğu girovun, daşınmaz əmlakın satışının şəffaf, əlçatan olması, bankların toksik aktivlərdən azad olunmasına dəstək olmaqdır. İclasda iştirak edən Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktoru Tural Piriyev, İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyəti sədrinin müavini Rəhman Hümmətov məsələ ilə bağlı fikirlərini bildiriblər. Ekspertlər ipoteka kreditlərinin götürülməsi, əmlakın girov qoyulması, mülkiyyətin giymətləndirilməsi, qiymətləndiricinin səlahiyyətləri, bank əməliyyatları zamanı yaranan mübahisəli məsələlər və onların həlli yolları, bir sıra digər məqamlar barədə təkliflərini səsləndirilər.
Milli Məclis ipoteka müzakirəsi keçirdi



İpoteka ilə bağlı QƏRAR VERİLDİ
Elman Rüstəmov parlamentə gəldi - VACİB MÜZAKİRƏ
İpoteka ilə bağlı mühüm qərar verildi
Bu deputatlara maşın verilir - Siyahı
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Sabah MM deputatları BƏƏ-yə gedir
Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı
Milli Məclis dövlət büdcəsinin icrasını müzakirə edir
Azərbaycan Prezidentindən YENİ TƏYİNATLAR
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
“İpoteka haqqında” qanuna dəyişiklik təklif olunur
Milli Məclisdə bu gün 8 məsələ müzakirə ediləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 