Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəyanat yayıb. Bəyanatda deyilir: "Bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir. Tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri mehriban, dostluq və əminamanlıq şəraitində yaşayır. Bəzi xarici saytlar, informasiya agentlikləri və sosial şəbəkə istifadəçiləri təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatlarına kölgə salmağa çalışırlar. Ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi kimi həqiqətə uyğun olmayan absurd və böhtan xarakterli məlumatların heç bir əsası yoxdur və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu cür dezinformasiyaları qətiyyətlə təkzib edir. Bildiririk ki, zərurət yarandığı halda etnik mənşəyindən aslı olmayaraq ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb ediləcəkdir".
Yayılan bu kimi xəbərlər yalandır - RƏSMİ



Ermənilər cəbhəboyu təxribat törətdi - Ölən və yaralananlar var
Ermənilərin yaraladığı mülki vətəndaşımızın - Fotosu
Ermənilərin atdığı mərmilərin düşdüyü evlərin - FOTOLARI
Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ
Zod-Kəlbəcər yolu bağlandı – Ermənilər QORXU İÇİNDƏ
Prezidentin köməkçisi: "Azərbaycan silahlı qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir"
9 nəfər xəstəxanaya yerləşdirildi - Baş Prokurorluq
Könüllü cəbhəyə getmək istəyənlərə müraciət edildi
SON DƏQİQƏ: Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törədib
Ordumuzun mövqeləri atəşə tutuldu
Ermənistan hərbi əməliyyata başladı, Kəlbəcər və Laçındakı postlara hücum etdi, yaralılar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 