Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün FHN-in müvafiq qüvvələri cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, düşmənin təxribatı zamanı dinc əhalinin sıx yaşadığı yaşayış məntəqələri də atəşə məruz qalıb. Nəticədə mülki əhaliyə məxsus fərdi yaşayış evləri və digər mülki obyektlər dağıdılıb, dinc əhalinin əmlakına ciddi ziyan yetirilib. Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarında fərdi evlərdə və mülki obyektlərdə baş vermiş yanğınların söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınlar görülmüş operativ tədbirlər nəticəsində qısa müddətdə söndürülüb. Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ağdam və Tərtərə FHN-in qüvvələri CƏLB EDİLDİ



Düşmənin atdığı mərmilər mülki obyektlərdə yanğınlar törətdi
Ermənilərin atdığı mərmilər yanğınlara səbəb oldu
Düşmənin atdığı mərmi yanğına səbəb oldu
Ermənilərdən daha bir təxribat: Mülki obyektlər yandı
Ermənistan silahlı qüvvələrinin atdığı mərmilər yanğınlara səbəb olub
Ermənistanın təxribatı davam edir: Yanğınlar baş verdi - FHN
Ermənilər yanğınlar törədib
Ermənilər FHN-in əməkdaşını vurdu - VƏZİYYƏTİ...
Ermənistanın mülki əhaliyə vurduğu ziyanla bağlı YENİ XƏBƏR
Ermənilər Göygölü atəşə tutdu - YANĞIN BAŞLADI
Daşkəsən meşəsindəki yanğın davam edir
Ermənistanın Daşkəsənə atdığı mərmilərin törətdiyi yanğından SON XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 