Cari ilin 27 sentyabr tarixində qarşı tərəfinin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib. Qeyd olunub ki, nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını qeyd edib və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib. Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-tədbirlər həyata keçirdiyi qeyd olunub. *** Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Bu barədə məlumatı Rusiya XİN-i yayıb. S.Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin gərginləşməsindən narahat olduqlarını bildirib.
Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ



Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu
Bayramov və Lavrov telefonda danışdı - BUNLAR MÜZAKİRƏ EDİLDİ
Bayramov və Lavrov arasında telefon danışığı oldu
Ceyhun Bayramovla Lavrov telefonla danışdı
Nazir iraqlı həmkarı ilə danışdı
Bayramov və Lavrov telefonla danışıb
Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Lavrov Bayramovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİ
Ceyhun Bayramov Lavrovla telefonla danışıb
Bayramov və Lavrov nəyi müzakirə etdi?
XİN rəsmiləri nəyi müzakirə etdi?
Ceyhun Bayramov iranlı həmkarı ilə nəyi müzakirə etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 