28 sentyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba ilə telefon danışığı baş tutub. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba bölgədə yaşanan gərginliklə bağlı narahat olduğunu bildirib və mövcud vəziyyəti sorğu edib. Nazir Ceyhun Bayramov 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq, Azərbaycan silahlı qüvvələri tərəfindən özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə atılan cavab həmlələri barədə ukraynalı həmkarını məlumatlandırıb. O, Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb. Ermənistan tərəfinin hər zaman mülki şəxslərə qarşı terror vasitələrindən istifadə etdiyini bildirən nazir, bu xüsusda 2016-cı ilin aprel və 2018-ci ilin iyul hadisələri zamanı Azərbaycanlı mülki şəxslərin həlak olması faktını qeyd edib. Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.
Azərbaycan və Ukrayna XİN başçıları arasında telefon danışığı oldu



Ceyhun Bayramovla Sergey Lavrov cəbhədəki vəziyyəti MÜZAKİRƏ ETDİ
Nazir iraqlı həmkarı ilə danışdı
Ceyhun Bayramov Linas Linkeviçyus ilə telefonda danışdı
Bayramov və Çavuşoğlu son vəziyyəti MÜZAKİRƏ ETDİLƏR
Ceyhun Bayramovla BMT-nin Baş katibi arasında telefon danışığı oldu
Bayramov italiyalı həmkarı ilə Qarabağdan danışdı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı
Çavuşoğlu Kuleba ilə Ukraynadakı son vəziyyəti müzakirə etdi
Çavuşoğlu Lavrov və Kuleba ilə danışdı
Əfqanıstan növbəti dəfə Azərbaycana dəstək verdi
Ceyhun Bayramov ABŞ Dövlət katibinin müavini ilə danışdı
Bayramov Çavuşoğlu ilə danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 