Prezident İlham Əliyevin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən müvafiq işlərə başlanılıb. Bu barədə ONN media -ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası nəzərdə tutulur. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq. Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir. Hal-hazırda tikinti ərazisində torpaq işlərinə başlanılıb, yolun genişləndirilməsi üçün söküntü və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Əvvəllər bu ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi bütün hərəkət iştirakçısı üçün təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə avtonəqliyyat vasitələri dəmir yolu xəttini kəsib keçmədən rahat şəkildə öz yollarına davam edə biləcəklər. Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Tovuzda yeni tunelin tikintisinə başlandı



Prezident və xanımı Murovdağında tunelin təməlqoyma mərasimində iştirak etdi
Murovdağ tuneli ilə bağlı YENİ XƏBƏR
Prezident Kəlbəcər və Laçında görülən işlərlər tanış olub
Xudafərin- Laçın yolunun tikintisi sürətləndirildi
Böyük Şor gölü üzərindən yeni avtomobil yolu çəkilir – FOTO
Prezident Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda inşa olunacaq tunelin təməlini qoydu - YENİLƏNDİ
Laçın yolundan yeni FOTOLAR
Kəlbəcər və Laçın yolu nə vaxt tamamlanacaq?
Bakı-Sumqayıt yolundakı yeni körpüdən XƏBƏR VAR
Ağdam-Füzuli yolu ilə bağlı AÇIQLAMA
Zabratda avtomobil alt keçidi istifadəyə verilib
Füzuli-Şuşa yolunda tunellərin inşasına başlanıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 