"COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərmişdir. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir". ONN media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, pandemiya bizim iqtisadiyyata da təsir etmişdir. Pandemiya dövründə dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət iş yerlərinin və səhiyyənin qorunması, habelə iqtisadi inkişafı təmin etmək məqsədilə ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır. Pandemiyanın fəsadlarının aradan qaldırılması, iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlığının təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni, ölkə əhalisinin yarısını əhatə edir. Pandemiya ilə mübarizənin maliyyələşdirilməsi xarici maliyyə yardımı olmadan, yalnız daxili mənbələr hesabına həyata keçirilir. Bundan əlavə, Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir. Bəşəriyyət pandemiyaya qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılmasına yalnız həmrəylik və birgə səylər sayəsində nail ola bilər. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə üzrə Xüsusi Sessiyasının keçirilməsini təklif etmişdir. Bu təşəbbüs BMT-nin üzvü olan 130-dan çox ölkə tərəfindən dəstəkləndi. İnanıram ki, Xüsusi Sessiya pandemiyanın təsir etdiyi bütün sahələrin kompleks şəkildə müzakirə olunmasında çərçivə rolunu oynayacaq və onun yaratdığı fəsadların aradan qaldırılması səylərinə töhfə verəcəkdir.
Azərbaycan COVID-19 ilə bağlı 30-dan çox ölkəyə yardım edib - Prezident



Bu göstəriciyə görə Azərbaycan dünyada 9-cu yerdədir
Prezident AÇIQLADI: Pandemiya ən çox bu ölkələrə zərbə vurub
ABŞ Azərbaycana 1,47 milyon dollar yardım edəcək
Prezidentin bu sessiyadakı çıxışı təqdim olundu
Prezident BMT Baş Assambleyasının 76-cı sessiyasında videomüraciət formatında çıxış edəcək
İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı
Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə edib
Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı
Prezidentdən əhaliyə ŞAD XƏBƏR
İlham Əliyev MÜHÜM SƏRƏNCAM İMZALADI
İlham Əliyev neftin ucuzlaşmasından danışdı
Prezidentdən sahibkarlara ŞAD XƏBƏR - Vergi güzəştləri ediləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 