Koronavirus (COVID-19) pandemiyasının, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il sərəncamına uyğun olaraq, Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planının icrasını təmin etmək məqsədi ilə koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlara maliyyə dəstəyinin göstərilməsinə başlanılıb. ONN media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu gün Nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi ilkin sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 698 vergi ödəyicisinə 1,728 milyon manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 533 fərdi (mikro) sahibkara isə 637 min manat vəsaiti onların müvafiq bank hesablarına köçürüb. Tədbirlər Planına uyğun olaraq, sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin ödənilməsi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdiriləcək. Həmin sifarişləri pandemiya nəticəsində zərərə məruz qalmış iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarların müraciəti əsasında İqtisadiyyat Nazirliyi formalaşdıraraq Maliyyə Nazirliyinə təqdim edir.
Azərbaycanda bu şəxslərə maliyyə dəstəyinin göstərilməsinə başlanıldı



Bu şəxslərə 215 manat pul veriləcək
Sahibkarlara mühüm XƏBƏRDARLIQ
Baş nazir vacib qərar imzaladı - SON DƏQİQƏ
İşsizlərə şad xəbər- 300 manat...
İşsizlərə birdəfəlik pul veriləcək
Nazirlər Kabineti prezidentin sərəncamı ilə bağlı İCLAS KEÇİRDİ
Azərbaycanda bu nazirə əlavə səlahiyyətlər verildi - RƏSMİ
Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər - Nazir
Hansı tələbələrin təhsil haqqını dövlət ödəyəcək? - Nazirlikdən AÇIQLAMA
Şad xəbər: Elektrik enerjisi ilə bağlı limit artırılır
Elman Rüstəmov nazirlikləri topladı - Məzənnə və qiymətlərlə bağlı QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 