Azərbaycan dövləti heç vaxt başqasının torpaqlarına iddialı olmayıb, heç zaman insanlığa qarşı cinayət törətməyib. Azərbaycan Ordusu başqa dövlətin torpaqlarına ayaq basmayıb, o, doğma torpağını qoruyur və onun uğrunda döyüşür! ONN media xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi paylaşımda yer alıb. Paylaşımda daha sonra deyilir: “Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Bu gün biz azərbaycanlılar niyyətimizlə, hərəkət və dualarımızla misli görülməmiş birlik göstəririk. Ulu Tanrı Azərbaycan xalqına onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Allah şəhidlərimizə rəhmət etsin! Qəbirləri nurla dolsun!”.
Mehriban Əliyeva Ərdoğana təşəkkür etdi



Mehriban Əliyevadan cəbhədəki vəziyyətlə bağlı paylaşım
Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"
Mehriban Əliyeva: "Aprel döyüşləri bir daha bütün dünyaya nümayiş etdirdi ki..."
Azərbaycanın ərazi bütövlüyü bərpa olundu!
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Rusiya portalında Mehriban Əliyeva haqda məqalə dərc edildi
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Mehriban Əliyevadan MÖHTƏŞƏM ADDIM
Bu, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir - Mehriban Əliyeva
Mehriban Əliyeva "TEXNOFEST"lə bağlı paylaşım etdi
Mehriban Əliyeva: Sevginizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm!
Polis 8 avtomat, 2 tüfəng və 548 patron aşkarladı
Bakıda bu ərazilərdə söküntülər planlaşdırılır - ÜNVANLAR
Bulvarda klassik və sürət avtomobillərinin festivalı keçirilir
ASAN Xidmətdə çalışanların NƏZƏRİNƏ
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
Naxçıvan sakinlərinə şad xəbər
Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı
Laçında yeni yaşayış məhəllələri salınır
"Təmiz qidalanma" trendinin təhlükəsi barədə XƏBƏRDARLIQ
Hasan Can Kaya evləndi
Marketlərdəki bu ucuz məhsul ciddi problemin dərmanı imiş
İranın nə qədər raketi qalıb? - Tramp açıqladı
Günün qoroskopu: Aktiv və praktik olun
Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi 