ONN İnformasiya Agentliyi

Tramp xəstəxanadan buraxılır?

Tramp xəstəxanadan buraxılır?
5-10-2020, 09:03

ABŞ Prezidenti Donald Trampın həkimlər komandasının nümayəndəsi Brayan Haribaldi dövlət başçısının xəstəxanadan mümkün buraxılma tarixini deyib. Haribaldi Trampın vəziyyəti pis tərəfə dəyişmdiyi halda bazar ertəsi (oktyabrın 5-də) buraxıla biləcəyini söyləyib. Bildirib ki o Ağ evə qayıdaraq müalicə kursunu davam etdirəcək. Trampın həkimi Şon Konli isə qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir və onun vəziyyəti yaxşılaşır. Trampın müalicə olunduğu Uolter Rid adına hərbi-tibbi mərkəzdə bildiriblər ki, oktyabrın 2-dən sonra onda yüksək hərarət müşahidə olunmayıb. ABŞ lideri oktyabrın 2-də özünün və xanımı Melaniya Trampın koronavirus testlərinin pozitiv çıxdığını bildirib.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png