ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasından müalicə olunduğu Uolter Rid hospitalını tərk edib. ONN media xəbər verir ki, bununla bağlı görüntülər ABŞ telekanalları tərəfindən yayımlanıb. ABŞ prezidenti mühafizəçilərin müşayiəti ilə tibbi maska taxaraq binadan çıxıb. Qeyd edək ki, oktyabrın 2-də Trampa və həyat yoldaşı Melaniya koronavirus diaqnozu qoyulmuşdu.
Tramp xəstəxanadan buraxıldı

