Prezident İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tərəfində muzdluların iştirakı barədə iddiaları qəti şəkildə rədd edib. ONN media xəbər verir ki, Azərbaycan Prezidenti aparıcının bununla bağlı sualını cavablandırarkən belə informasiya tullantılarına görə heyrətləndiyini bildirib. “Fransa Prezidenti ilə telefon söhbətlərimdə mən bizim mövqeyimizi kifayət qədər əsaslandırılmış şəkildə müdafiə etmişəm. Əvvələn, sübutlar təqdim etməsini, əgər belə sübutlar yoxdursa, onda Azərbaycan xalqından üzr istəməsini xahiş etmişəm. İkincisi, mən demişəm ki, bizim muzdlulara ehtiyacımız yoxdur. Bu gün Azərbaycan Ordusu güclü ordudur. Bütün beynəlxalq reytinqlərə görə o, dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Ehtiyatda olanları, döyüşə hazır olan digər hərbiləşdirilmiş dəstələri nəzərə almasaq, bizim nizami orduda 100 min döyüşçümüz var”, - deyə dövlət başçısı vurğulayıb. Fəal döyüş əməliyyatlarının keçirildiyi on gün ərzində muzdluların iştirakına dair Azərbaycan tərəfinə heç bir sübut təqdim edilmədiyini bildirən Prezident İlham Əliyev deyib: “Bu gün Azərbaycan Ordusu bizim əraziləri azad edir. Döyüş əməliyyatları yerindən çəkilmiş videolarda bizim artilleriyanın, pilotsuz uçuş aparatlarının necə işləməsi, azərbaycanlı əsgər və zabitlərin işğaldan azad edilmiş torpaqlarda bayraqlarımızı necə ucaltmaları görünür. Buna görə də bu ittihamlar əsassızdır, biz onları qətiyyətlə rədd edirik və bu cür şayiələrin, yoxlanılmamış məlumatların ictimai rəylə necəsə manipulyasiya etməsinə yol verə bilmərik. Qoy sübutlar təqdim etsinlər. Bu gün fəal döyüş əməliyyatlarının onuncu günüdür, bizə heç bir sübut təqdim edilməyib”.
“Bizim muzdlulara ehtiyacımız yoxdur” - Prezident



İlham Əliyevdən suriyalı muzdlularla bağlı iddialara CAVAB
Onları elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar - PREZİDENT
Prezident AÇIQLADI: Əgər əlavə döyüşçüyə ehtiyacımız olsa...
Prezidentdən Lavrovun iddiasına CAVAB
Zelenski bu ölkələrə çağırış etdi
Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı
Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
“Mənim sözüm birdir” - İlham Əliyev
Bax, budur bugünkü Azərbaycan!- İlham Əliyev
İlham Əliyevdən Ermənistan ermənilərinə mesaj
Azərbaycan münaqişə ilə bağlı dünya ictimaiyyətini kifayət qədər məlumatlandırmağı bacarıb
Hərbi-siyasi nizamlama yeganə mümkün yoldur - Ölkə başçısı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 