Azərbaycan Ordusu döyüş meydanında öz üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. ONN media xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsində ötən bir ayı münaqişənin hərbi-siyasi nizamlanması baxımından dəyərləndirərkən söyləyib. Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib. Biz Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, Xocavənd rayonunun bir hissəsini azad etmişik. Azərbaycan Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi davam edir”. Prezident qeyd edib ki, Azərbaycan münaqişənin nizamlanmasının hərbi mərhələdən siyasi mərhələyə keçməsini istəyir. “Lakin təəssüf ki, erməni tərəfi atəşkəs rejimini artıq üçüncü dəfə kobud şəkildə pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal etməyə cəhd göstərərək qarşıdurmanı davam etməyə doğru yönəldir. Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi faza danışıqlar masası arxasında başa çatsın, Azərbaycan ərazilərinin bundan sonra da işğaldan azad olunması məsələləri həll edilsin”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Hərbi-siyasi nizamlama yeganə mümkün yoldur - Ölkə başçısı



Azərbaycan 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib - Prezident
“Bizim muzdlulara ehtiyacımız yoxdur” - Prezident
İlham Əliyev AÇIQLADI: Böyük qürur hissi ilə deyirəm ki...
Prezident Aprel döyüşlərindən, Günnüt əməliyyatından danışdı
Prezident: "On min fərarisi olan ordu biabırçılıq və rəzalətdir"
Ölkə başçısı: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib
Moskvada qəbul edilmiş bəyanat bizim maraqlarımıza tam cavab verir
Son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur - İlham Əliyev
İlham Əliyev işğaldan azad edilən yaşayış məntəqələrinin SAYINI AÇIQLADI
Bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz - Prezident
Kəlbəcərin işğaldan azad olunmasından 2 il ötür
Düşmənin nə qədər canlı qüvvəsi məhv edilib? - Prezident açıqladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 