Düşmən növbəti dəfə Füzuli rayonunu atəşə tutub.
ONN media bildirir ki, erməni silahlı qüvvələrinin bu gün səhər saatlarında atdığı mərmi Füzuli rayonunun Qarabağ kəndinə düşüb. Nəticədə kənddə yerləşən bir neçə ev dağılıb.
Mərminin düşməsi nəticəsində 3 nəfər kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qarabağ kənd sakinləri “Report”un əməkdaşına bildiriblər ki, düşmənin atdığı mərmi onları qorxutmur. Hazırda kənddə həyat öz axarınca davam edir.
Bundan başqa, ermənilər Füzulinin daha bir neçə kəndinə qarşı təxribat törədiblər. Təmas xəttinə yaxın yerləşən Alxanlı kəndinə atılan mərmilər yaşayış evlərinə ciddi ziyan vurub. Mərmilərdən birinin tuş gəldiyi ev isə yanıb.
Bütün bunlara baxmayaraq, Alxanlı sakinləri təsərrüfatl işlərini davam etdirir. Hər zaman olduğu kimi, onlar üçün həyat öz axarı ilə davam edir. Sakinlər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna güvənir.



Ermənilər Ağdama yenə mərmi atıb: İki mülki şəxs yaralandı
Qarabağ kəndinin 3 mülki sakini yaralandı
Ermənilərin atdığı mərmilərin düşdüyü evlərin - FOTOLARI
Düşmən Tərtəri yenidən atəşə tutdu: yaralı var
Düşmən Ağdamda qadını mərmi atəşinə tutdu
Düşmən Tərtərə top mərmiləri atdı: Evlər dağıldı
Ermənilər cəbhəboyu təxribat törətdi - Ölən və yaralananlar var
Düşmən Horadiz şəhərinə ciddi ziyan vurdu
Ermənilər Ağdamı atəşə tutdu, yaralılar var - Baş Prokurorluq
Daha bir mülki şəxs yaralandı
Düşmənin Tərtərə atdığı top mərmisi evə düşdü və...
Ermənilər yanğınlar törədib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 