Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluqdan ONN media -ya verilən məlumata görə, 15.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Bu gün saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, yaşayış evlərinə isə ciddi ziyan dəyib. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.
Ermənilər Ağdamı atəşə tutdu, yaralılar var - Baş Prokurorluq



Ermənilər Ağdamda evə mərmi atdı - YARALI VAR
Ermənistan Tərtəri atəşə tutdu - Ölən var
Ermənistan ordusu rayonlarımızı atəşə tutur - Yaralı var
SON DƏQİQƏ: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər yaralandı
Ermənistan yenidən mülki insanları hədəf aldı - ÖLƏNLƏR VAR
Ermənistanın törətdiyi növbəti terrorda ölənlərin adları AÇIQLANDI
Ermənilər Ağdamı top atəşinə tutdu: 1 nəfər...
Prokurorluq pambıq emalı zavodunun vurulması ilə bağlı məlumat yaydı
Ermənilərin Ağdamda təxribatı - YARALILAR VAR
Düşmən Ağdamda qadını mərmi atəşinə tutdu
Ermənistan daha bir mülki şəxsi qətlə yetirdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 