Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı terror əməllərini davam etdirir. ONN media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib. Açıqlamada qeyd olunub ki, bu gün saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulmuş, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub. Fakt üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) , 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1 (cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Ermənistan daha bir mülki şəxsi qətlə yetirdi



Ermənilər Ağdamda evə mərmi atdı - YARALI VAR
Ermənistan Tərtəri atəşə tutdu - Ölən var
Ermənistan ordusu rayonlarımızı atəşə tutur - Yaralı var
Ermənilər Ağdamı atəşə tutdu, yaralılar var - Baş Prokurorluq
Ermənistanın törətdiyi növbəti terrorda ölənlərin adları AÇIQLANDI
SON DƏQİQƏ: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər yaralandı
Ermənilər Ağdamı top atəşinə tutdu: 1 nəfər...
Ermənistan yenidən mülki insanları hədəf aldı - ÖLƏNLƏR VAR
Ermənistan ordusu daha bir azərbaycanlı ailəni qətlə yetirdi
Prokurorluq pambıq emalı zavodunun vurulması ilə bağlı məlumat yaydı
Düşmən Ağcabədini atəşə tutdu, bir nəfər öldü - RƏSMİ
Füzulidə 30 yaşlı dinc sakin Ermənistan ordusu tərəfindən qətlə yetirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 