Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa və Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Turki Al Faysal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb. ONN media məktubun mətnini təqdim edir: "Zati-aliləri. Bu günlərdə Sizin barədə çox düşünürük və bəzi fikirlərimizi Sizinlə bölüşmək istərdik. Siz ölkənizin əsas milli maraqlarının son dərəcə təhlükəli şəraitdə qorunub saxlanılması kimi böyük bir çağırışla üz-üzəsiniz. Təcrübəmizdən də bilirik ki, Sizə olan bütün təzyiqlərə tab gətirəcəksiniz. Son iki onillikdə əldə etdiyiniz uğurları, eləcə də şəxsi və milli nailiyyətləri, beynəlxalq aləmdə qazandığınız nüfuzu, həmçinin Sizin fikirlərinizi dünyaya çatdıran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəyərli fəaliyyətini dünyada heç nə ilə müqayisə etmək olmaz. Geosiyasətdə zaman hər şeyi həll edir. ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin 30 ilə yaxındır ki, yerinə yetirilməməsindən xəbərdarıq. Ancaq Siz yüksək idarəetmə bacarığı və strateji baxımdan səbirli yanaşma nümayiş etdirmisiniz. Biz bu məsələni Birləşmiş Millətlər Təşkilatının diqqətinə çatdırmalı və beynəlxalq qurumları bununla bağlı lazımi təzyiq göstərməyə cəlb etməliyik. Siz daha güclü və daha nüfuzlusunuz. Həmsədrlərimiz Vayra Vike-Freyberqa, İsmail Serageldin və baş katibimizlə birgə işləyərək üzvlərimizin fəal dəstək vermələrini koordinasiya edirik. Sizə və Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq. Dualarımız Sizinlədir". Qeyd edək ki, Əmr Musa 2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, 1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri olub, Turki Al Faysal isə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Fondunun Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədridir.
Ərəbistan Şahzadəsi İlham Əliyevə məktub göndərdi



Yan Fişer İlham Əliyevə məktub göndərdi
Pakistan Prezidenti İlham Əliyevə məktub göndərdi
Yaponiya İmperatoru İlham Əliyevə məktub göndərdi
Yunanıstan prezidenti Əliyevə məktub göndərdi
Mirziyayev İlham Əliyevə məktub göndərib
Kral və Kraliça Prezidenti təbrik etdi
Putin Əliyevə məktub göndərdi
Dünya liderlərinin Prezidentə təbrikləri davam edir
Putin İlham Əliyevə məktub göndərdi
2 ölkənin lideri İlham Əliyevə məktub göndərdi
Nazarbayev İlham Əliyevə məktub göndərdi
Kim Çenn İlham Əliyevə məktub göndərib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 