Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. ONN media sözügedən məktubun mətnini təqdim edir: “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Müasir Azərbaycan dinamik inkişaf edən dövlət, etibarlı iqtisadi tərəfdaşdır. Sanballı ictimai-siyasi dəyişikliklər, istehsal sektorunun əsaslı surətdə modernləşdirilməsi, ölkənizin beynəlxalq aləmdə nüfuzunun artması Sizin həyata keçirdiyiniz və ölkənin iqtisadi qüdrətinin, əhalinin səmərəli sosial müdafiəsinin təmin edilməsinə, müstəqil xarici siyasət yürüdülməsinə yönəlmiş kursun düzgün oduğunu əyani şəkildə təsdiq edir. Əminəm ki, razılaşmaların praktiki reallaşması və Sizin dəstəyinizlə həyata keçirilən birgə layihələr ölkələrimizin potensialının daha da artırılmasına, Belarus və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı yardım ənənələrinin möhkəmlənməsinə şərait yaradacaq. Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı, qardaş Azərbaycanın əhalisinə isə sülh və firavanlıq arzu edirəm”. *** Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: “Zati-aliləri. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Zati-aliləri, xahiş edirəm, Sizə yüksək ehtiramımı qəbul edin”. *** Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Prezident İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Xorvatiya Respublikasının vətəndaşları adından ən səmimi təbriklərimi çatdırır, dövlətinizə və vətəndaşlarınıza firavanlıq arzulayıram. Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Mən əminəm ki, bizim bir çox sahələrdə sıx əlaqələrimiz və əməkdaşlığımız xalqlarımız arasındakı dostluğun və qarşılıqlı anlaşmanın daha da inkişaf etməsinə və güclənməsinə töhfə verəcəkdir. İkitərəfli əməkdaşlığımızın və tərədaşlığımızın gücləndirilməsinə əlavə stimul vermiş Xorvatiyaya rəsmi səfərinizi məmnunluqla xatırlayıram. Nümayəndə heyətlərimiz arasındakı danışıqlar və müzakirələr zamanı vurğuladığımız kimi, Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası arasında energetika və iqtisadiyyatdan tutmuş mədəniyyət, elm, texnologiya və təhsilə qədər bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək və dərinləşdirmək üçün böyük imkanlar vardır. Ümidvaram ki, qarşıdakı illərdə Xorvatiya və Azərbaycan şirkətləri arasındakı əməkdaşlıq daha da inkişaf edəcəkdir. Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Dünya liderlərinin Prezidentə təbrikləri davam edir



Lukaşenko İlham Əliyevə məktub göndərdi
Lukaşenko İlham Əliyevi təbrik etdi
Prezident Aleksandr Lukaşenkoya məktub göndərdi
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi
Mirziyayev İlham Əliyevə məktub göndərib
Dünya liderləri İlham Əliyevi təbrik edir
Zelenski İlham Əliyevə məktub göndərdi
Lukaşenko İlham Əliyevə məktub göndərdi
Vladimir Putin İlham Əliyevə məktub göndərdi
Aleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
Dünya liderləri Əliyevi təbrik edirlər
Putin İlham Əliyevə məktub göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 