Ermənistan ordusunun Azərbaycanın dinc əhalisini hədəf alması terror aktı, hərbi cinayətdir. Bunu pisləyirəm. Bu, aqressiyadır. Hərbçilər döyüş meydanında döyüşər, terroristlər isə dinc əhalini hədəf alarlar. ONN media xəbər verir ki, bunu oktyabrın 14-də Aleksandr Nevski Rus Pravoslav Kilsəsinin baş keşişi Varfolomey Denis Sotnikov Gəncədə jurnalistlərə müsahibəsində deyib. Baş keşiş bildirib ki, Ermənistanın Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni hədəf alınmasını, nəticədə uşaqların, qadınların və yaşlı insanların qətlə yetirilməsini qınayır. Denis Sotnikov qeyd edib ki, dinc əhalinin heç bir günahı yoxdur. Amma ermənilər Azərbaycanı təxribata çəkmək üçün qəsdən belə məkrli addımlar atırlar: “Bizim Prezidentimiz İlham Əliyev çox müdrik siyasətçidir. O, insanları qələbəyə aparır, düzgün yola çağırır. Bugünkü dualarımızda dünyaya sülh arzuladıq, işğal altındakı torpaqlarımızın azad olunmasını dilədik və həlak olan dinc sakinlərin xatirəsini andıq. Qarabağ bizim torpaqdır. Mən milliyyətcə rus olsam da, Gəncədə doğulub boya-başa çatmışam. Gəncə mənim üçün doğma şəhərdir, doğma torpaqdır. Bu gün burada mərasim keçirilən kilsə də ermənilərin Gəncəyə atdığı raket zərbələri nəticəsində ciddi zərər görüb. Təbii ki, Ermənistanın bu addımı çox pisdir. Belə olmalı deyil. Tolerant və multikultural ölkə olan Azərbaycan 30 il səbirlə gözlədi ki, torpaqlarımız sülh yolu ilə azad edilsin. Biz dua edirik ki, ölkəmizdə, torpaqlarımızda sülh bərqərar olsun. Mən bütün dünyaya müraciət edirəm ki, bizim haqq işimizə mane olmasınlar. İşğala son qoyulmalıdır”. Qeyd edək ki, oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinlərin anma mərasimi keçirilib.
Baş keşiş: Ermənistanın atəşi nəticəsində Gəncədə kilsəyə ciddi zərər dəyib



Ermənistan dövlət səviyyəsində terror həyata keçirir
Ceyhun Bayramov "Washington Post"a açıqlama verdi
Azərbaycan Prezidentindən SƏRT SÖZLƏR: "Onlar alçaq hərəkətlərə əl atırlar"
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA
PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir
Türk generaldan Ermənistana XƏBƏRDARLIQ
Cəbhədə şiddətli DÖYÜŞ: Düşmən mülki əhalini atəşə tutur
Əgər bizə hücum olunursa... - Prezidentdən Ermənistana SƏRT XƏBƏRDARLIQ
Gəncə İH erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Gəncə terroru ilə bağlı beynəlxalq təşkilatlara müraciət edildi
"Azərbaycan heç zaman mülki əhalini hədəf almayıb"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 