Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır. Diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər. Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar. Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.
Diplomatlar Füzuli rayonunun Merdinli kəndində



Diplomatların Füzuliyə səfəri başladı
Xarici diplomatlar Füzuli və Şuşaya gedir
Hikmət Hacıyevlə Kamran Əliyev Bərdədə
Cocuq Mərcanlı qayıdış rəmzimizdir - Hikmət Hacıyev
120-dən artıq diplomatın Füzuliyə səfəri təşkil olunur - Hacıyev
Prezidentin köməkçisi: "Ermənistan enerji infrastrukturlarını da hədəfə alır"
Hərbi attaşelərin iştirakı ilə brifinq keçirilir - SON DƏQİQƏ
Ermənistanın hərbi cinayətləri ilə bağlı AÇIQLAMA
Hikmət Hacıyev Şuşa-Xankəndi yolundakı son durumu açıqladı
Prezidentin köməkçisi: Düşmən yeni hərbi cinayətlərə zəmin hazırlayır
Bölgədəki son vəziyyətlə bağlı daha bir brifinq keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 