Milli Məclisin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb. ONN media bildirir ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bildirilib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq. Belə ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq. Qanunlara dəyişiklik layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
“Təhsil haqqında” qanun dəyişdirildi



Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
Xarici ölkə universitetlərinin diplomları ilə bağlı - Qərar
Nostrifikasiya üçün dövlət rüsumu 3 dəfə artdı
Ölkəmizdə xarici diplomların tanınması qaydaları dəyişdirilir
Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq
Ölkədə bu şəxslərə də təqaüd veriləcək
Agentlikdən onlayn formada təhsillə bağlı xəbərdarlıq
Əlaçılar ali məktəbə imtahansız qəbul ola bilər
İlham Əliyev fərman imzaladı
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR
Xaricdə təhsil alanların DİQQƏTİNƏ
“Peşə təhsili haqqında” qanun müzakirədən keçdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 