Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı sənəd qəbuluna başlanılıb.
Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, təhsil sahəsində aparılan islahatların tərkib hissəsi olaraq, nostrifikasiya prosedurunda da yeniliklər və vətəndaşların istifadə rahatlığı məqsədi ilə dəyişikliklər həyata keçirilib. Belə ki, sənədlərin yalnız elektron qaydada www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə rahat şəkildə təqdim olunması üçün sözügedən səhifədə müvafiq “Müraciət qaydaları” bölməsi yaradılıb, tələb olunan bütün sənədlər barədə ətraflı məlumat yerləşdirilib. Həmçinin vətəndaşları ən çox maraqlandıran sualları özündə əks etdirən “Mütəmadi verilən suallar” bölməsi istifadəyə verilib. Bununla yanaşı, elektron ərizə sistemində aparılan təkmilləşdirmə işləri davam etdirilir.
Məlumatda vurğulanıb ki, nostrifikasiya proseduru ilə bağlı bütün rəsmi məlumatları www.ani.edu.gov.az internet səhifəsi vasitəsi ilə əldə etmək mümkündür.
Təhsil Nazirliyi nostrifikasiya proseduru çərçivəsində sənəd qəbulu ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə heç bir məsuliyyət daşımır.



Təhsil Nazirliyindən diplomlarla bağlı XƏBƏRDARLIQ
Diplomların tanınması ilə bağlı sənəd qəbulu dayandırılacaq
Baş Nazirdən ŞAD XƏBƏR: Rüsum ləğv edildi
DİQQƏT- Bu diplomlar tanınmayacaq
“Təhsil haqqında” qanun dəyişdirildi
Ölkəmizdə xarici diplomların tanınması qaydaları dəyişdirilir
Təhsil krediti verilən tələbələrin SAYI
Tələbələrin DİQQƏTİNƏ- Köçürülmə başladı
Nazirlikdən vətəndaşların diqqətinə: Bu tarixdən sonra...
Fevralın 1-dən tələbələr köçürüləcək
Vergilər Nazirliyi işçi axtarır
Bu məzunlara imtahanlarda iştirak üçün möhlət verildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 