"Biz öncə də demişdik ki, yoluxma artıma doğru gedir. Hazırki rəqəmlərdən də bunu görə bilərik. Təəssüf ki, bu artım davam edəcək. İnsanlarda o qədər arxayınlıq yaranıb ki... Belə olsa, iki həftədən sonra daha pis nəticələri görə bilərik". ONN media xəbər verir ki, bunu REAL TV-nin efirində TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O bildirib ki, Azərbaycan haqlı savaşında fikirlər ön cəbhəyə yönəlməlidir, amma arxa cəbhəni də unuda bilmərik: "Arxa cəbhədə olan naliyyətsizlik, ön cəbhə üçün də çətinliklər yarada bilər. Yoluxmaların sayı gələcəkdə hərbi-zabit heyətinə də təsir göstərə bilər. Xəstəxanalarda həkim, eyni zamanda çarpayı qıtlığına səbəb ola bilər. Bu problem bizim qələbə sevincimizə də səbəb ola bilər. Elə edək ki, koronavirusa zabitlərimizi də düçar etməyək. Sadəcə, fərdi məsuliyyətsizlik, arxayınlaşma yarandı. Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyin dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hal-hazırda kritik günlər yaşayırıq. Məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər. Düşünürəm ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər. Biz haqq savaşındayıq. Onlara da həkim lazım olacaq. Məsuliyyətsiz baxımından virusa yoluxmuş insanlara vaxt itkisi olar, çünki hərbçilərimizə görə məsuliyyətli olmalıyıq. Xəstəliyin artmasına özümüz şərait yaradırıq. Konkret olaraq bu, məsuliyyətsizlik səbəbindəndir".
TƏBİB rəsmisindən XƏBƏRDARLIQ: "Daha pis nəticələr görə bilərik..."



TƏBİB-dən XƏBƏRDARLIQ: Qaydalar sərtləşdirilə bilər - SON DƏQİQƏ
TƏBİB -dən QORXULU PROQNOZ: "Yoluxma sayı yaydakını ötə bilər”
Yoluxma halları daha çox burada olur – TƏBİB
Koronavirusa inanmayanlar mütləq oxusun
TƏBİB rəsmisindən xəbərdarlıq: “Karantin sərtləşdirilə bilər” – VİDEO
TƏBİB: Bəzi qadağalar ləğv oluna bilər - Video
TƏBİB -dən ŞOK: Xəstəxanalarda yer qalmayıb
Payızda yenidən karantin olacaq?
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB
Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Karantin nə qədər uzadıla bilər? - Açıqlama
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 